AZ

Palçıq vulkanlarına yaxın ərazilərdə yaşayan şəxslərin diqqətinə

ain.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.

Palçıq vulkanları yalnız geoloji hadisə deyil, həm də yaxın ərazilərdə yaşayan insanlar üçün ciddi risk amilidir. Bu risklər həm kimyəvi, həm də bioloji baxımdan insan sağlamlığına təsir göstərə bilir.

Məsələ ilə bağlı BAKU.WS-ə açıqlama verən geoloq Əvəz Məmmədov bildirib ki, vulkan yaxınlığında yaşamaq xüsusilə intensiv püskürmələr zamanı təhlükəlidir:

"Vulkan yaxınlığında yaşayanlar üçün risklər mövcuddur. Belə ki, intensiv püskürmə zamanı yerin altından müxtəlif qazlar və kimyəvi maddələr çıxır. Bu maddələr havaya yayıldıqda insan orqanizmi üçün zərərli ola bilər. Eyni zamanda, vulkanın püskürdüyü palçıq bioloji mühitə də mənfi təsir göstərir".

Geoloqun sözlərinə görə, hazırda dünyada 800-dən çox palçıq vulkanı mövcuddur və onların təxminən 300-ü Azərbaycanın payına düşür: "Bu vulkanların bir qismi Xəzər dənizində, bir qismi isə yaşayış məntəqələrindən uzaq ərazilərdə yerləşir. Lakin bütün vulkanlarda davamlı müşahidə aparılmır. Hazırda yalnız bir vulkan ərazisində qeydiyyat və monitorinq aparmaq üçün xüsusi qurğu quraşdırılıb. Mən əminəm ki, bu addım yaxın gələcəkdə konkret nəticələr verəcək və püskürmələrin müəyyən qədər proqnozlaşdırılmasına imkan yaradacaq".

Mütəxəssis əlavə edib ki, palçıq vulkanlarının fəaliyyətinin izlənməsi həm insanların təhlükəsizliyi, həm də təbiət hadisələrinin daha yaxşı öyrənilməsi baxımından vacibdir.

Şahanə Xankişiyeva

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
5
1
baku.ws

2Mənbələr