AZ

“Metroda intervalın azaldılması müsbət addımdır, amma tam həll deyil”

“Metroda intervalın azaldılması müsbət addımdır, amma tam həll deyil”

“Payız mövsümünün başlanması ilə birgə, Bakı Metropoliteni də daxil olmaqla demək olar ki, bütün dövlət qurumları yeni iş dövrünə başlayır”.

Bunu Demokrat.az-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov deyib.

O, bildirib ki, bu aydan məktəblər, universitetlər, uşaq bağçaları və digər gündəlik ehtiyaclara xidmət edən müəssisələr fəaliyyətə başlayır:

“Bu da şəhər nəqliyyatında, xüsusilə metro və avtobuslarda sıxlığın artmasına səbəb olur. Bakı Metropolitenində qatarların intervalının azaldılması əsasən payız və qış mövsümünə hazırlıq məqsədi daşıyır. Bu addım, sərnişin sıxlığının müəyyən qədər azaldılmasına yönəlib. Lakin qeyd etmək lazımdır ki, metrodan istifadə edən insanların sayı çox böyükdür və pik saatlarda maksimal sıxlıq həddinə çatılır. Bu baxımdan, intervalın azaldılması müsbət addım olsa da, onun sıxlığa nə qədər təsir edəcəyi barədə dəqiq fikir söyləmək çətindir. Çünki eyni zamanda avtobuslarda və digər ictimai nəqliyyat vasitələrində də yüklənmə müşahidə olunur. Metroda intervalın azaldılması sıxlığın azaldılmasına yönəlik vacib addımdır, lakin sərnişin axınının çoxluğu səbəbindən bu tədbirin effektinin tam hiss olunması zaman alacaq”.

Leyla Turan
Demokrat.az
Seçilən
19
1
demokrat.az

2Mənbələr