AZ

Bakıda World Artistic Dance Festival çərçivəsində rəqs konqresi keçirilib VİDEO

Milli.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Azərbaycan Rəqs İttifaqı (AzDC) tərəfindən təşkil olunan genişmiqyaslı World Artistic Dance Festival & Baku Flow 2025 çərçivəsində rəqs konqresi keçirilib.

Konqres proqramı iştirakçılar üçün həm zəngin, həm də faydalı olub. Günün ilk yarısında ekspertlər hakimlər seminarında toplaşaraq, hakimliklə bağlı əsas məqamları, qiymətləndirmə meyarlarının yeniliklərini və rəqs yarışmalarında müasir tendensiyaları ətraflı müzakirə ediblər. Bu seminar təcrübə mübadiləsi, peşəkarlığın artırılması və vahid standartların formalaşdırılması üçün əla imkan yaradıb.

Sonra isə rəqs üzrə seminar keçirilib ki, bu da rəngarəng və ifadəli rəqs tərzlərinə həsr olunub. Tədbirdə WADF (World Artistic Dance Federation) prezidenti Nils Karlzon və tanınmış rəqqaslar - Azərbaycan təmsilçisi Eldar Cəfərov ilə yanaşı, Rusiya rəqqası Tatiana Kudryavtseva iştirak ediblər. Onların ustalığı və enerjisi zalı sanki alovlandırıb, seminarda iştirakçılar yalnız qiymətli bilik və praktik bacarıq qazanmayıb, həm də gələcək inkişaf üçün güclü ilham dolu enerji alıblar.

Təşkilatçıların bildirdiyinə görə, WADF Azerbaijan təkcə yarışma meydanı deyil, həm də təlim, təcrübə mübadiləsi və peşəkar inkişaf üçün geniş platformadır. Belə tədbirlər Azərbaycanda rəqs sənətinin inkişafı üçün möhkəm əsaslar yaradır və istedadlı ifaçıların beynəlxalq səviyyəyə çıxmasına yardım edir.

İnformasiya dəstəyi: Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
8
1
news.milli.az

2Mənbələr