AZ

Nepalda inqilabçılar müvəqqəti hökumət rəhbərini süni intellektlə seçib

Qaynarinfo saytından alınan məlumata görə, ain.az bildirir.

Nepalda hökuməti devirmiş etirazçı gənclər müvəqqəti hökumətin rəhbərini müəyyənləşdirmək üçün süni intellektdən istifadə ediblər.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Times" yazıb.

Etirazçılar arasında Suşila Karki müvəqqəti hökumətin başçısı kimi seçilib. O, 2016-2017-ci illərdə ölkənin Ali Məhkəməsinə sədrlik edib və indi ordunun nümayəndələri ilə aparılan danışıqlarda üsyançıları təmsil edir.

Məlumata görə, əvvəlcə ChatGPT "Korrupsiyaya qarşı gənclər" adlı internet forumuna dörd namizəd təqdim edib: Oksford məzunu mühəndis Saqar Dhakal, keçmiş təhsil naziri Sumana Şresta, eyni zamanda paytaxtın meri və reper Balen Şah, eləcə də keçmiş Ali Məhkəmə sədri Suşila Karki.

Sonrakı mərhələdə süni intellektdən bu vəzifə üçün ən uyğun namizədin seçilməsi istənilib. Cavabda qeyd olunub: "Əgər seçim mənim öhdəmə qalsaydı, müvəqqəti hökumətin başçısı postuna Suşila Karkini tövsiyə edərdim". 

ChatGPT həmçinin bildirib ki, daimi hökumət rəhbəri postuna reper Balen Şah daha uyğun ola bilər.

73 yaşlı Karki bu təklifi qəbul edib və yaxın günlərdə müvəqqəti hökumətin başında fəaliyyətə başlayacaq.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
2
1
qaynarinfo.az

2Mənbələr