Ağdamda ölümlə nəticələnən yol qəzası baş verib.
APA-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun Səfərli kəndi ərazisində qeydə alınıb.
Belə ki, "VAZ-21015" markalı minik avtomobili idarəetməni itirərək aşması nəticəsində maşında olan sərnişin 2011-ci il təvəllüdlü yeniyetmə hadisə yerində həyatın itirib.
Faktla bağlı araşdırma aparılır.