AZ

Azərbaycada 280 min nəfər işsiz əhali var

2025-ci il sentyabrın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyon 365,3 min nəfər olmuş, onlardan 5 milyon 84,8 min nəfərini məşğul, 280,5 min nəfərini (5,2%-ni) işsiz əhali təşkil etmişdir.

Bu barədə Marja.az Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir. 

Cari il avqustun 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 milyon 768,4 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 858,1 min nəfər, qeyri-dövlət sektorunda isə 910,3 min nəfər təşkil etmişdir.

İqtisadiyyatın neft-qaz sektorunda 31,2 min nəfər, qeyri neft-qaz sektorunda isə 1737,2 min nəfər çalışmışdır.

Seçilən
21
marja.az

1Mənbələr