AZ

"Qarabağ"ın rəqibi heyətini gücləndirir

Hücumçu Emanuel Emeqa 2026-cı ildə Fransanın "Strasburq" klubundan İngiltərənin "Çelsi" klubuna keçəcək.

İdman.biz bildirir ki, bu barədə "Çelsi"nin rəsmi saytı məlumat yayıb.

“Çelsi" Futbol Klubu Liqa 1-in "Strasburq" klubundan hücumçu Emanuel Emeqa ilə müqavilə imzalayıb, niderlandlı rəsmi olaraq 2026-cı ildə komandaya qoşulacaq.

22 yaşlı Emeqa ötən mövsüm Liqa 1-də 27 matçda 14 qol vurub və 3 məhsuldar ötürmə edib ki, bu da onun Avropanın ən parlaq gənc hücumçularından biri kimi tanınmasına səbəb olub”, - klubun açıqlamasında deyilir.

"Çelsi" 2025/2026 mövsümündə İngiltərə Premyer Liqasının turnir cədvəlində ikincidir. Komanda üç oyundan yeddi xal qazanıb.

"Çelsi" Ağdamın "Qarabağ" klubunun UEFA Çempionlar Liqasında rəqibidir. Komandalar arasında oyun noyabrın 4-də Bakıda olacaq.

İdman.biz

Seçilən
11
idman.biz

1Mənbələr