Polşada ilginc hadisə baş verib. Baş nazir Donald Tuskun mühafizəçilər tərəfindən 24 saat qorunan Sopotdakı şəxsi iqamətgahının qarşısından “Lexus” avtomobili oğurlanıb.
Avtomobili çərşənbə günü axşam saatlarında oğurlanıb. Polis hadisə ilə bağlı xəbərdar edildikdən sonra intensiv axtarışlara başlayıb. Baş nazir Tuskun avtomobili təxminən 25 km aralıda Qdanskın Kokoşki rayonunda park edilmiş vəziyyətdə tapılıb. Avtomobil yedəklə polis bölməsinə aparılıb, oğru və ya oğruların şəxsiyyətinin müəyyən edilməsi istiqamətində işlər davam etdirilir.
Polşa polisi oğurluğun sadə bir oğurluq ola biləcəyi və ya baş nazir Tuska onu izlədiklərini və ona zərər verə biləcəyini çatdırmağa çalışan xarici kəşfiyyat agentliklərinin işi ola biləcəyi ehtimalını araşdırır.
TAHİR