ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.
"Göllərin və çayların suyunun azalmasında bir neçə əsas faktor təsir göstərir. Bunlardan biri iqlim dəyişiklikləridir. İqlim dəyişiklikləri demək olar ki, bütün çaylarda və göllərdə suyun azalmasına səbəb olur. Bu dəyişikliklər nəticəsində suyun buxarlanma səviyyəsi artır. Məsələn, normal halda bu səviyyə 8% təşkil edirsə, istiləşmə nəticəsində 15%-ə qədər arta bilir. Xüsusilə yay aylarında buxarlanma səviyyəsi həddindən artıq yüksək olur".Bunu Demokrat.az-a açıqlamasında ekoloq Sadiq Həsənov deyib.O, bildirib ki, Azərbaycanda bir çox göllər süni şəkildə, yəni qurğular vasitəsilə formalaşır:"Bu göllərin suyundan istifadənin olması da su ehtiyatlarının azalmasının ikinci əsas səbəbidir. Ümumi dünya kontekstinə baxdıqda isə su ehtiyatlarının azalması qlobal bir problemdir. Xüsusilə çaylar və göllər bu vəziyyətdən ciddi təsirlənir. İçməli suyun tələbatının artması da bu azalmanı sürətləndirir".Onun sözlərinə görə, dünya üzrə istifadə olunan içməli suyun yalnız 2,5%-i buz dağları və qar təbəqələrinin əriməsi hesabına formalaşır:"Dağların başındakı buzlu və qarlı təbəqələr bu ehtiyatların əsas mənbəyidir. Bu təbəqələrin azalması isə iqlim dəyişiklikləri və buxarlanma nəticəsində çay və göllərin suyunun təxminən 10%-ə qədər azalmasına səbəb olur".Ekspert bildirib ki, digər əsas səbəblərdən biri əhalinin artması və kənd təsərrüfatında əkin sahələrinin genişlənməsidir:"Qida istehsalına olan tələbat artdıqca suvarma üçün istifadə olunan suyun miqdarı da artır. Azərbaycanda göllər və çaylar əsasən şirin su mənbəyi olduğundan suvarmada geniş istifadə olunur. Məlumata görə, kənd təsərrüfatında istifadə olunan su ümumi istifadənin 80%-ə qədərini təşkil edir. Bu, çox böyük rəqəmdir və nəticədə çaylarda suyun azalmasına səbəb olur. Yay aylarında isə su tələbatının daha da artması səbəbindən göllərdən əlavə istifadə olunur. Mən hesab edirəm ki, bütün bu səbəblər göllərin və çayların suyunun azalmasının əsas faktorlarıdır".Qeyd edək ki, Azərbaycanda 57 göldə aparılan monitorinq nəticəsində bəzi göllərdə suyun səviyyəsinin azalması müəyyən edilib. Əfsanə Kamal
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.