AZ

Azərbaycanla Albaniya arasında münaqişə...- Trampdan yanlışlıq

ABŞ Prezidenti Donald Tramp çıxışı zamanı Ermənistanla bağlı yanlışlığa yol verib. 

News24.az xəbər verir ki, "Fox News" telekanalına müsahibəsində ABŞ-nin rəhbəri Azərbaycan və Albaniya arasında münaqişəni həll etdiyini bildirib.

“Mən Azərbaycan və Albaniya arasında münaqişəni həll etdim. Bu uzun illərdir, davam edirdi", – deyə Tramp qeyd edib.

Qeyd edək ki, Tramp əslində Azərbaycanla Ermənistan arasındakı münaqişənin həll olunduğunu nəzərdə tutub.

Aqil

Seçilən
52
1
news24.az

2Mənbələr