Azərbaycan Mərkəzi Bankı (AMB) "Mercedes-Benz"in Azərbaycandakı rəsmi distributoru "Avtokapital-Azərbaycan" MMC şirkətinə sığorta agenti fəaliyyəti üçün lisenziya verib.
Hazırda Azərbaycanda 59 hüquqi şəxs, o cümlədən 21 bank sığorta agenti lisenziyasına malikdir.
2 milyon 179 min manat nizamnamə kapitalı olan "Avtokapital-Azərbaycan" şirkəti 2012-ci ildə dövlət qeydiyyatından keçib.