AZ

Aİ Rusiyaya qarşı 19-cu sanksiyalar paketini gələn həftə təqdim edəcək

Avropa Komissiyası 17 sentyabrda Rusiyaya qarşı 19‑cu sanksiyalar paketini təqdim etməyə hazırlaşır.Bu barədə “Devdiscourse” xəbər verir.

Yeni sanksiya paketinə “kölgə” donanması, bank sektoru və əlavə neft satışına məhdudiyyətlər daxildir.

Komissiya həmçinin Orta Asiyanın iki ölkəsindən olan bəzi bankları və Çindəki özəl neft emalı zavodlarını qara siyahıya salmağı planlaşdırır ki, bu da Rusiyanın iqtisadi izolyasiyasını gücləndirə bilər.

Qeyd edilir ki, Avropa Birliyi 2022‑ci ildən bəri Rusiyaya qarşı beynəlxalq sanksiyaların zərərinin təxminən 450 milyard dollar olduğunu hesablayır.

Seçilən
2
anews.az

1Mənbələr