AZ

Bakıda yarmarkada balıqlar neçəyə satılır? - QİYMƏTLƏR

Bu gün Bakıda balıqsevərləri sevindirəcək tədbirə start verilib. Caspian Capital Holdingin təşkilatçılığı və Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzinin iştirakı ilə balıq yarmarkası açılıb.

BAKU.WS-in məlumatına görə, yarmarka 12–14 sentyabr tarixlərində paytaxtın Nəsimi rayonu, Seyid Cəfər Pişəvəri küçəsi 2A ünvanında, "Keşlə Balıq Bazarı" ərazisində fəaliyyət göstərəcək.

Satıcıların sözlərinə görə, burada təqdim olunan balıq və dəniz məhsullarının qiyməti digər bazarlarla müqayisədə daha münasibdir.

Alıcılar həm Xəzər dənizindən tutulan, həm də dünyanın müxtəlif ölkələrindən gətirilən məhsulları seçə bilirklər.

Qiymət siyahısı belədir:

Çupra – 15–16 manat (kq)

Sudak – 7–9 manat

Alabalıq (forel) – 9–10 manat

Xanı balığı – 4–5 manat

Ağ amur (Belamur) – 6–8 manat

Sazan – 5–7 manat

Həşəm – 9 manat

Ağ balıq (beluqa) – 30 manat

Okean krivetkası – 28–30 manat

Çay krivetkası – 5–22 manat

Yarmarkanın əsas məqsədi istehlakçılara keyfiyyətli və təzə məhsulları əlçatan qiymətlərlə təqdim etməkdir.

Orxan Hüseyn

Seçilən
17
1
far.az

2Mənbələr