AZ

DDLA-də Almaniyanın dəniz sənayesini təmsil edən nümayəndə heyəti ilə görüş olub - FOTO

Dövlət Dəniz və Liman Agentliyində (DDLA) Alman Gəmiqayırma və Dəniz Sənayesi Assosiasiyasının icraçı direktoru Kristian Şillinqin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş təşkil olunub. Agentlikdən Avtosfer.az-a bildiriblər ki, tədbirdə alman iş adamları ilə yanaşı, Almaniyanın ölkəmizdəki səfirliyinin və Alman-Azərbaycan Xarici Ticarət Palatasının nümayəndələri də iştirak ediblər. Görüşdə Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyəti sədrinin müavini Eldar Məcidov rəqabətədavamlı dəniz nəqliyyatı sahəsinin formalaşdırılması və müvafiq sahə üzrə qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərdən danışıb. Həmçinin Orta Dəhliz üzrə yükdaşımaların həcminin artması fonunda alman şirkətləri ilə potensial əməkdaşlıq sahələri üzrə fikir mübadiləsi aparılıb. Görüşdə təsnifat cəmiyyətlərinin fəaliyyəti, bayraq dövlətinin tələbləri, dəniz limanlarında fəaliyyətin dövlət tənzimlənməsi, dəniz ətraf mühitinin mühafizəsi, gəmilərin inşası, liman infrastrukturunun inkişaf etdirilməsi ilə bağlı alman iş adamlarını maraqlandıran suallar cavablandırılıb. Sonda Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzinin fəaliyyəti ilə tanışlıq olub.

Seçilən
25
10
avtosfer.az

10Mənbələr