AZ

ADORE mağazalar şəbəkəsi Qarabağda fəaliyyətə başlayır

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



10 sentyabr tarixində Azərbaycanın mədəni paytaxtı Xankəndində yeni ADORE mağazası qapılarını açdı. Bu addım Qarabağın dirçəlişi və inkişafında mühüm bir hadisə olmaqla yanaşı, bölgə insanlarının gündəlik həyatına gözəllik və zəriflik qatacaq.
1999-cu ildə əsası qoyulan ADORE qısa müddətdə Azərbaycanda parfümeriya və kosmetika sahəsində lider mövqeyə yüksəlib. 20 ildən artıq təcrübəsi, innovativ satış konsepsiyası, yüksək xidmət standartları və qonaqpərvərliyi ilə seçilən şəbəkə ölkədə gözəllik dünyasının etibarlı ünvanıdır.
Xankəndidə açılan yeni mağazada "Trussardi", "Hugo Boss", "Versace", "Narciso Rodrigues", "Loreal" və "Maybelline" kimi dünyaca məşhur brendlərin məhsulları təqdim olunur.
Beləliklə, ADORE-un uğurlu hekayəsinə Qarabağda yazılan yeni bir səhifə əlavə edildi.
Seçilən
22
oxu.az

1Mənbələr