ain.az bildirir, Konkret.az saytına əsaslanaraq.
İpoteka ilə alınan evlərin satılması mümkündür. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, ipoteka öhdəliyin icrasını təmin edən üsullardan biridir. Vətəndaşlar ipoteka vasitəsilə daşınmaz əmlak alarkən, bank onların əvəzinə ödənişi həyata keçirir, vətəndaş isə aylıq faizlərlə hesablanmış ödənişləri banka qaytarır.
Bu fikirləri KONKRET.az-a açıqlamasında hüquqşünas Etibar Qarayev səsləndirib. Ekspert qeyd edib ki, qanunvericilikdə ipoteka ilə alınmış evin satılması da nəzərdə tutulur:
“Qanunun 30-cu maddəsinə əsasən, ipoteka predmeti , yəni ev yalnız bankın razılığı ilə digər şəxsə satıla bilər. Bank razılıq verərkən həmin şəxsin gəlirlərini və maliyyə vəziyyətini yoxlayır. Əgər bu göstəricilər bankın tələblərinə uyğun olarsa, satış mümkündür. Yeni alıcı əvvəlki sahibinə müəyyən miqdarda ilkin ödəniş edir, qalan məbləği isə banka ödəməyə davam edir”.
Hüquqşünas əlavə edib ki, qanunun 30.2-ci maddəsinə görə, ipoteka predmeti satıldıqda ipoteka qüvvədə qalır:
“Sadəcə olaraq, yeni alıcı əvvəlki ipoteka qoyanın bütün öhdəliklərini öz üzərinə götürür”.
Aynurə İsmayıl
KONKRET.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.