AZ

Bellinghem heyətə qayıdır -

“Real Madrid”də Xabi Alonsonun gəlişindən sonra əsas heyətin əvəzolunmaz oyunçusu Arda Gülerin Jude Bellinghemin qayıdışından sonra ehtiyatda qala biləcəyinə dair iddialar yayılıb. Metbuat.az xəbər verir ki, zədəsini sağaltmaq üzrə olan Bellinghemin yenidən əsas heyətdə yer alacağı deyilir. Əsas heyətdə yer alan Arda Güler və ya Franko Mastantuononun ehtiyatda qalacağı iddia edilmişdi. İspaniya mətbuatının yazdığına görə, Xabi Alonso Bellinqhemin geri dönməsinə baxmayaraq, əksər matçlarda Arda Gülerə şans verəcək. Bildirilir ki, Arda üç hücumameyilli oyunçu ilə meydanda olacaq.

Qeyd edək ki, Arda Güler bu mövsüm La Liqada 3 matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
18
1
metbuat.az

2Mənbələr