AZ

Viktor Orban Qətərə gedib

Macarıstanın Baş naziri Viktor Orban Qətərin paytaxtı Dohaya işgüzar səfərə gedib.

Bu barədə "Report" Qətərin QNA agentliyinə istinadən məlumat verir.

Bildirilir ki, səfər çərçivəsində yüksək səviyyəli danışıqlar planlaşdırılır.

Macarıstan hökumətinin başçısı Qətərə BƏƏ-dən gedib. O, BƏƏ-də ölkə Prezidenti şeyx Məhəmməd bin Zayed Əl Nəhyanla danışıqlar aparıb.

Seçilən
2
qaziler.az

1Mənbələr