Gununsesi saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Sentyabrın 15-dən tətbiq ediləcək payız-qış hərəkət qrafikinə əsasən, metropoliten tarixində ilk dəfə pik saatlarda qatarlar arasında interval 1 dəqiqə 45 saniyəyə endirilir.
Gununsesi.info xəbər verir ki, Yeni qrafikə əsasən “28 May–Əhmədli” sahəsində:
İş günləri səhər (saat 07:30–09:30) və axşam (saat 17:00–19:30) pik saatlarda interval 1 dəqiqə 45 saniyə təşkil edəcək;
Səhər saat 07:00–07:30 aralığında interval 1 dəqiqə 52 saniyə, 09:30–10:00 aralığında isə 2 dəqiqə olacaq;
Axşam 19:30–20:00 aralığında interval 2 dəqiqəyə qədər saxlanılacaq.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.