Fransada 104 deputat ölkə prezidenti Emmanuel Makronun vəzifədən kənarlaşdırılması təşəbbüsünü dəstəkləyib.
Publika.az xəbər verir ki, bu barədə “İtaətsiz Fransa” partiyasının sədri Matilda Pano "X"də yazıb.
“Tarixi hadisə! Sentyabrın 10-da baş verən xalq etirazlarının uğurundan sonra, 104 deputat respublika prezidentinin impiçmenti ilə bağlı təklifi imzaladı”, – deyə Pano bildirib.