AZ

Zelenski: Putinə torpaq verməyəcəyik

BAKI, 12 sentyabr. TELEQRAF

Ukrayna prezidenti Volodimir Zelenski Rusiyaya hər hansı ərazi güzəşti ideyasını növbəti dəfə kəskin şəkildə rədd edib.

Teleqraf xəbər verir ki, Zelenski bildirib: "Putinə müharibəni dayandırmaq üçün bu və ya digər Ukrayna torpaqlarını vermək?! Bu baş verməyəcək. Bu, həll yolu deyil. Bu, pauzadır. 2008-ci ildə Gürcüstanda, 2014-cü ildən sonra isə Krım və Donetskdə olduğu kimi..."

Onun fikrincə, Ukraynaya “müvəqqəti sükunət” lazım deyil, ölkənin təhlükəsizliyini təmin edəcək zəmanətə ehtiyac var.Zelenski hesab edir ki, mümkün sazişdə Rusiya üçün məsuliyyət nəzərdə tutmalıdır.

Seçilən
26
5
teleqraf.com

10Mənbələr