AZ

Rusiya səfiri Almaniya XİN-ə çağırılıb

Rusiyanın Berlindəki səfiri Sergey Neçayev Almaniya XİN-ə çağırılıb.Bu barədə Almaniya XİN “X” səhifəsində məlumat yayıb.

Məlumatda deyilir ki, Rusiya Prezidentinin NATO hava məkanını pozması və pilotsuz uçuş aparatlarından istifadəsi “təhlükəli və qəbuledilməz” hesab olunur.

Almaniya tərəfi bildirib ki, NATO ittifaqı təhlükəsizliyi və ərazi bütövlüyünə hörmət çərçivəsində birlikdə işləyəcək. 

Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı sentyabrın 10‑da Rusiyanın Ukrayna ərazisinə həyata keçirilən hücum zamanı Polşa hava məkanının pozulduğunu açıqlayıb. Rusiya Müdafiə Nazirliyi isə bildirib ki, Polşa ərazisindəki heç bir obyekt hədəfə alınmayıb və tərəf məsləhətləşmələrə hazırdır.

Seçilən
15
1
anews.az

2Mənbələr