AZ

Stomatoloq xəbərdarlıq etdi: Elektrikli diş fırçasını belə istifadə etməyin

"Elektrikli diş fırçasını adi fırça kimi istifadə etmək olmaz, çünki bu, diş ətlərinə və diş minasına zərər verə bilər".

Ölkə.az "Huff Post"a istinadla xəbər verir ki, bu barədə stomatoloq Krista Ambrouson danışıb.

“Fırçanı diş ətlərinə 45 dərəcə bucaq altında tutmaq və başlığını hər diş boyunca aparmaq lazımdır”, — deyə o, izah edib.

Stomatoloq vurğulayıb ki, elektrikli fırçanı soldan sağa aparmaq qətiyyən olmaz. O, həmçinin diş fırçasına basmamağı tövsiyə edib. Onun sözlərinə görə, güclü basıldıqda fırçanın tükcükləri əyilir və dişlərin arasına daxil ola bilmir, nəticədə təmizləmə effektli olmur.

Həmidə İbrahimova

Seçilən
12
2
olke.az

3Mənbələr