"Beşiktaş" hücum xəttini yeni ooyunçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, "qara qartaallar" "Nottingem Forest"dən Jota Silvanı rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Portuqaliya millisinin üzvü 1 illik icarəyə götürülüb.
Qeyd edək ki, "Nottingem Forest" Jota Silvanı ötən ilin yayında "Vitoriya"dan transfer edib. 26 yaşlı vinger Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 38 rəsmi matçda 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi