AZ

Psixoloq: Bağçalarda fərqli dil seçimi düzgün qərar deyil

Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"İlkin olaraq nəzərə almaq lazımdır ki, bağça 3 yaşına qədər əsasən valideynlər üçündür, 3 yaşdan sonra isə uşaqlar üçün daha faydalı olur. Yəni, uşaqlar üçün bağça 3 yaşdan sonra inkişaf baxımından daha əhəmiyyətlidir".Bu sözləri Demokrat.az-a açıqlamasında psixoloq Fidan Canbabazadə deyib. "Digər tərəfdən, bağçaya adaptasiya müddəti hər uşaqda fərqlidir. Standart olaraq bu müddət ən azı 2 həftə götürülür, amma bəzən 1 ay və ya daha çox da çəkə bilər. Bu, uşağın psixoloji xüsusiyyətlərindən asılı olaraq dəyişir.Ən önəmli nüanslardan biri bağçaya getmə qaydasının düzgün qurulmasıdır. İlk mərhələdə uşaq gündə bir neçə saatlıq bağçaya getməlidir, zamanla bu müddət artırılmalıdır. Başlanğıcda ana uşağın yanında olmalıdır, sonradan koridorda gözləməlidir. Uşaq bilməlidir ki, ana yaxınlıqda, təhlükəsizlik məsafəsindədir. Təxminən 2 həftədən sonra uşaq adaptasiya olduqdan sonra tam günlük bağçaya keçid etmək mümkündür".O bildirib ki, hər gün uşağın bağçada necə vaxt keçirdiyini izləmək, maraqlanmaq vacibdir:"Əgər uşaqda nitq ləngiməsi və ya psixoloji çətinliklər varsa, bu zaman bağça uşaq üçün faydalı deyil, əksinə, problemləri dərinləşdirə bilər. Belə uşaqlar bağçada kənarda qala bilər və bu da problemlərin qabarmasına səbəb olar.Digər vacib məqamlardan biri dil seçimidir. Valideynlər bəzən uşaqlarını rus, ingilis və ya digər dillərdə tədris olunan proqramlara yönləndirmək istəyirlər. Amma burada əsas məsələ budur: əgər uşaq bir dili tam anlayır və həmin dildə fikrini ifadə edə bilirsə, o zaman başqa dildə təhsil alan qrupa yazdırmaq olar. Yox əgər uşaq heç bir dili tam bilmirsə, fikirlərini aydın çatdıra bilmirsə, o zaman evdə ən çox istifadə olunan dildə tədris olunan qrupa qoyulmalıdır.Valideynlər həmçinin diqqət etməlidirlər ki, bağça müəllimləri uşağa uyğun yanaşsın, onun inkişafı üçün şərait yaratsınlar. Məsələn, uşağın geyinib-soyunması mövzusunda məcburiyyət yox, dəstək göstərilməlidir".Əfsanə Kamal

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
7
1
demokrat.az

2Mənbələr