AZ

Minimum nəticə göstərən musiqi müəllimləri işə bərpa oluna biləcəklərVİDEO

Attestasiyada minimum nəticə göstərən musiqi müəllimləri işə bərpa oluna biləcək. Bu məqsədlə xüsusi kurslar təşkil edilib.

Xezerxeber.az-ın məlumatına görə, Mədəniyyət Nazirliyinin Elm, təhsil və gənclərlə iş sektorunun baş məsləhətçisi Kənan İbrahimov deyir ki, attestasiyada minimal nəticə göstərən müəllimlər Nazirliyin Mədəniyyət üzrə Elmi-Metodik və İxtisasartırma Mərkəzində xüsusi ixtisasartırma kurslarına cəlb olunacaqlar.

Attestasiyadan daha aşağı nəticə göstərən müəllimlərə gəlincə, qurum rəsmisi bildirdi ki, həmin müəllimlər də müraciət edərsə, sözügedən kurslarda iştiraklarına şərait yaradılacaq. Ancaq burada bir istisna var.

Qeyd edək ki, həmin şəxslər müəllimlərin işə qəbulu imtahanlarında da iştirak edə bilərlər. Bununla bağlı hər hansı bir məhdudiyyət qoyulmayıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.


 

Seçilən
10
xezerxeber.az

1Mənbələr