AZ

Astarada 17 yaşlı yeniyetməni avtomobil vurdu

Astarada yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az Teleqraf-a istinadən xəbər verir ki, hərəkətdə olan nəqliyyat vasitəsi Ərçivan qəsəbə sakini, 2008-ci il təvəllüdlü Bibixanım Elçin qızı Əliyevanı vurub.

Yaralı dərhal Astara Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ilkin tibbi yardım göstərilib. Vəziyyətinin ağır olması səbəbindən o, Lənkəran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə köçürülüb. Həkimlər ona kəllədaxili travma diaqnozu qoyublar. Hazırda vəziyyəti ağır olaraq qalır.

Seçilən
7
4
publika.az

5Mənbələr