AZ

Mərkəzi bazarda dava: Əsəb pozğunluğu cinayətə səbəb oldu

ain.az bildirir, Demokrat.az portalına istinadən.

Lənkəranda iki nəfərin arasında yaranan mübahisə cinayətlə nəticələnib. Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin aprelin 18-də baş verib. 1988-ci il təvəllüdlü Cəmaləddin həmin gün saat 14 radələrində Lənkəran şəhəri, mərkəzi bazarda olan ara yolda Samirin yol verməməsi üstündə onunla mübahisə edib. Baş vermiş mübahisə zamanı zərərçəkmiş şəxsin burnuna qəsdən bir kəllə zərbəsi vurub və ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Hadisəni törədən Cəmaləddinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 2-ci Qarabağ müharibəsindən sonra əsəbləri pozulub, dəfələrlə müalicə etməsinə baxmayaraq əsəbləri sağalmayıb: “Lənkəran şəhər sakini məndən şikayət edən Samiri əvvəllər tanımamışam, onunla aramızda hər hansı münasibət və ya ədavət olmayıb. Aprelin 18-də, saat 14 radələrində Lənkəran şəhərində mərkəzi bazarda bir tanışım ilə görüşmək üçün piyada gedərkən həmin vaxtı əsəblərim gərgin olub. Bu zaman qarşıdan mənə doğru hərəkət edən həmin Samir adlı şəxslə üzbəüz gəldim. Bunun üçün Samirə əsəbi halda “keç o tərəfdən get də” dedim. Həmin Samir adlı şəxs mənə qarşı artıq-əskik sözlər dedi, sonra əl-qolla danışaraq əl-qol atmaq istəyəndə özümü saxlaya bilmədim. Samir adlı şəxsin burnuna bir kəllə zərbəsi vurdum. Zərbədən Samirin burnundan qan açılaraq axmağa başladı. Ətrafda olan tanımadığı cavan oğlanlar bizi ayırdılar”. İş üzrə zərərçəkmiş Samirin sözlərinə görə, mərkəzi bazarda özünə məxsus dükanda dərziliklə məşğul olur: “Aprelin 18-də, saat 14 radələrində dükanımın yaxınlığında yolla piyada dükanına qayıdarkən mənimlə  qarşı-qarşıya gələn, sonradan öyrəndiyim musiqi məktəbində təsərrüfat müdiri işləyən Camal adlı, əsil adı Cəmaləddin olan şəxs yanımdan keçərkən çiyni çiynimə çırpıldı. Cəmaləddin adlı şəxsə “yolun sağı boşdur, gərək üstümə gələsən” dedim. Cəmaləddin adlı şəxslə aramızda mübahisə başladı və Cəmaləddin gözlənilmədən sifətimə bir kəllə zərbəsi vurdu, zərbə burnuma dəydi. Bu səbəbdən burumun üstü yarıldı. Bundan sonra burnumdan qan açıldı. Yaxınlıqda olan iş yoldaşım Vaqif və bir-iki nəfər tanımadığım yolla keçən şəxslər bizi  ayırdılar”. 

Bu cinayət işinə Lənkəran Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıb, zərərçəkən ona qarşı şikayətini geri götürüb. Bu səbəbdən məhkəmə təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verib. O, cinayət məsuliyyətindən azad edilib. Fariz Məlikli

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
3
1
demokrat.az

2Mənbələr