AZ

“Laz kızı” aktyor sevgilisindən ayrıldı

ain.az, Axsham.az portalına istinadən məlumat verir.

Türkiyəli müğənni Alya ilə aktyor Yılmaz Kunt 1,5 illik münasibətlərinə son qoyublar.

Axşam.az xəbər verir ki, hazırda “Kadife Kelepçe” serialında rol almağa hazırlaşan Alya və Yılmaz Kunt uzun müddətdir birlikdə yaşayırdılar. Cütlük hər zaman əl-ələ görüntülənir, bir-birlərinə olan sevgilərini açıq şəkildə nümayiş etdirirdilər. Hətta bir-birlərinin adlarını barmaqlarına döymə şəklində yazdırmışdılar.

Lakin son günlərdə məlum olub ki, Alya və Yılmaz Kunt fikir ayrılığı səbəbindən münasibətlərini bitirib. İddialara görə, Alya artıq barmağındakı döyməni də sildirməyi planlaşdırır.

Qeyd edək ki, Alya “Camdakı kız” serialında canlandırdığı “Laz Kızı” obrazı ilə tamaşaçıların böyük rəğbətini qazanmışdı.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
13
axsam.az

1Mənbələr