AZ

Yaponiyada sərnişin təyyarəsi təcili eniş edib

Sherg.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Yaponiyada "Boeing 737 " sərnişin təyyarəsi təcili eniş edib. Sərnişinlər və ekipaj üzvləri yanğın xəbərdarlığından sonra təxliyə edilib.

Teleqraf "Reuters"ə istinadən xəbər verir ki, hadisə Sakit Okean üzərində uçuş zamanı baş verib.

Narita Hava Limanından (Tokio) Sebuya (Filippin) uçan "United Airlines" reysi marşrutunu dəyişərək Osaka yaxınlığında yerləşən Kansai hava limanına enib.

Təcili enişə səbəb təyyarənin yük bölməsində mümkün yanğın barədə həyəcan siqnalı olub.

Aviaşirkət bəyan edib ki, ilkin texniki yoxlama zamanı təyyarədə hər hansı yanğın əlaməti aşkar edilməyib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
5
sherg.az

6Mənbələr