AZ

Palma yağından hazırlanmış saxta pendirlər satılır: Necə ayırd etmək olar? AÇIQLAMA

ain.az, Milli.az portalına istinadən məlumat verir.

Ucuz pendir əsasən bitki yağları ilə hazırlanmış saxta məhsul olur.

Milli.Az xəbər verir ki, bu barədə Rusiyanın qida eksperti Anna Dyachkova bildirib.

"Əgər mağazada ucuz pendir görürüksə deməli o pendir deyil, imitasiya məhsuludur," - deyə ekspert xəbərdarlıq edib.

"Təmiz pendirin xammalına xeyli pul sərf olunur. "1 kq təbii pendir hazırlamaq üçün təxminən 10-11 litr süd lazımdır. Etibarlı istehsalçıdan bir litr keyfiyyətli süd bu gün 40-50 rubl təşkil edir. Və bu yalnız xammaldır," - deyə o əlavə edib.

O qeyd edib ki, məhsulun qiymətinə həmçinin fermentlər, qablaşdırma, elektrik, su, əmək haqqı, logistika və avadanlıq amortizasiyası daxildir.

"Ucuz pendirlər palma yağından hazırlandığı üçün daha aşağı qiymətə təklif olunur. Zərərli deyil, amma dadı və qida dəyəri təbii pendirdən fərqlidir" - deyə Dyachkova vurğulayıb.

Qida eksperti təbii pendirlə bitki yağından hazırlanmış pendiri ayırd etməyin üsullarını açıqlayıb. O bildirib ki, təbii pendir qızdırıldıqda əriyir, ip kimi uzanır və yumşaq homojen kütlə əmələ gətirir. Bitki yağları ilə hazırlanan məhsul isə hissələrə ayrılır, yağ damcıları görünür, kəskin marqarin qoxusu verir.

İsmayıl

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
4
news.milli.az

5Mənbələr