AZ

Tramp yenə də Ermənistanla Albaniyanı səhv saldı - VİDEO

BAKI, 12 sentyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp yenə də Ermənistanın adını səhvən Albaniya kimi ifadə edib.

Teleqraf xəbər verir ki, Tramp "Fox News" telekanalına müsahibəsində Albaniya ilə Azərbaycan arasındakı münaqişəni həll edə bildiyini vurğulayıb.

"Mən Azərbaycan və Albaniya arasında amansız müharibəni həll etdim. Münaqişə uzun illər davam etdi", - Ağ Evin rəhbəri bildirib.

Tramp avqust ayında amerikalı jurnalist Mark Levinlə müsahibə zamanı da Ermənistanı Albaniya adlandırmışdı.

Seçilən
73
teleqraf.com

1Mənbələr