AZ

“Grand Market”dən yeni fırıldaq; çörəyi son istifadə tarixini dəyişdirərək satıblar VİDEO

ain.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bəzən mağazadan aldığımız gündəlik ərzaqlar bizi gözlədiyimizdən tamamilə fərqli mənzərə ilə üz-üzə qoyur.

Avtosfer.az xəbər verir ki, elə bu dəfə də bir vətəndaş “Grand Market”dən aldığı “Karadeniz taş fırın” markalı çörəyi evə gətirəndə, onun üzərində kif izləri görüb. Çörəyin şəkillərini paylaşan vətəndaş yalnız bununla kifayətlənməyib, mağazada son istifadə müddəti bitmiş məhsullarının tarixinin dəyişdirilərək yenidən satışa çıxarıldığını da iddia edib.

İddialar sosial şəbəkədə marketlə bağlı tənqidlərin səslənməsinə gətirib çıxarıb. İnsanlar belə halların yalnız çörəklə məhdudlaşmadığını, digər ərzaqlarda da oxşar vəziyyətlərlə qarşılaşdıqlarını yazırlar. Şikayətçilər bunun həm alıcılara hörmətsizlik, həm də insanların sağlamlığı ilə oynamaq olduğunu bildirirlər.

Sosial şəbəkə istifadəçiləri məhsulların müddətinin dəyişdirilməməsi, istehlakçı hüquqlarının qorunması üçün aidiyyəti qurumların tədbirlər görməsinin vacibliyini qeyd ediblər.

Fidan

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
7
avtosfer.az

1Mənbələr