AZ

“Qarabağ”ın oyununa biletin qiyməti 88 manatdır

UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Benfika” (Portuqaliya) – “Qarabağ” FK matçını “Estádio do SL Benfica”da izləmək və komandamızı dəstəkləmək istəyən azərbaycanlı azarkeşlər üçün ayrılmış vauçerlər satışa çıxarılır.

NOCOMMENT.az manset.az-a istinadən xəbər verir ki, bununla bağlı Ağdam klubunun rəsmi saytı məlumat yayıb.

Biletlər bu gün saat 15:00-dan etibarən iTicket.az-da onlayn şəkildə satışda olacaq. Azarkeşlər əldə etdikləri vauçerləri biletə dəyişməlidir. Biletlərin qiyməti 88 manatdır.

Vauçerlərin biletə dəyişdirilməsi ilə bağlı ətraflı məlumat daha sonra paylaşılacaq.

Azərbaycanlı azarkeşlər üçün “Estádio do SL Benfica”da 500 yer ayırılıb.

Vauçerləri əldə edən şəxslər vauçerləri biletə dəyişərkən şəxsiyyət vəsiqəsini də özləri ilə götürülməlidir.

Qeyd edək ki, “Benfika” – “Qarabağ” oyunu sentyabrın 16-ı saat 23:00-da (Bakı vaxtı ilə) start götürəcək.

Seçilən
18
13
nocomment.az

10Mənbələr