AZ

NATO-nun yeni əməliyyatı – “Eastern Sentry” yaxın günlərdə başlayır

NATO Polşaya dronların düşməsindən sonra şərq cinahını gücləndirmək üçün “Şərq keşikçisi” (Eastern Sentry) adlı əməliyyata başlayır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə alyansın baş katibi Mark Rutte mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, hərbi fəaliyyət yaxın günlərdə start götürəcək və Danimarka, Fransa, Böyük Britaniya, Almaniya da daxil olmaqla müttəfiq ölkələrin müxtəlif resurslarını əhatə edəcək.

Rutte qeyd edib ki, əməliyyata “dronlardan istifadəyə dair xüsusi vəzifələrin həllinə yönəlmiş elementlər” də daxil olacaq.

Seçilən
7
nocomment.az

1Mənbələr