AZ

ABŞ vətəndaşlarına xəbərdarlıq etdi Bu 8 ölkəyə səyahət...

ain.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

ABŞ vətəndaşları üçün səyahət xəbərdarlığı verilib.

ABŞ-nin Azərbaycandakı Səfirliyi rəsmi hesabında bildirib ki, bəzi ölkələrdə amerikalıların qeyri-qanuni həbs olunma riski yüksəkdir. Siyahıya daxil olan ölkələr: Əfqanıstan, Eritreya, Nikaraqua, Rusiya, Myanma, İran, Şimali Koreya və Venesuela.

ABŞ vətəndaşları səyahət etməzdən əvvəl travel.state.gov saytında yerləşdirilmiş tövsiyələri nəzərdən keçirməli və onlara əməl etməlidirlər. Xəbərdarlığın məqsədi vətəndaşları mümkün risklər barədə öncədən məlumatlandırmaqdır.

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
news.milli.az

1Mənbələr