AZ

Sərbəst güləşçilərimizin DÇ də rəqibləri məlum olub: Turan Bayramovun bəxti gətirməyib

ain.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

Şənbə günü, sentyabrın 13-də Zaqrebdə (Xorvatiya) güləş üzrə dünya çempionatı başlayacaq.

İdman.biz-in məlumatına görə, bir gün əvvəl sərbəst güləş yarışının püşkatma mərasimi keçirilib və ondan sonra Azərbaycan milli komandasının təmsilçiləri ilk rəqiblərini öyrənib.

Ən uğursuz püşkatma isə startda 2020-ci il Tokio Olimpiya çempionu, üçqat dünya çempionu, neytral statusda mübarizə aparan rusiyalı Zaurbek Sidakovla qarşılaşacaq Turan Bayramova düşüb.

Dünya çempionatının startında Azərbaycan güləşçilərinin bütün rəqibləri:

57 kq – İslam Bazarqanov Roberti Dinqaşvili (Gürcüstan) ilə qarşılaşacaq.

61 kq – Nurəddin Novruzov turnirə ikinci dövrədən başlayacaq

65 kq – Əli Rəhimzadə İslam Hüseynovla döyüşəcək (UWW)

70 kq – Kənan Heybətov Əmir Babək Yazdaniçerati (İran) ilə qarşılaşacaq.

74 kq – Turan Bayramov Zaurbek Sidakovla (UWW) qarşılaşacaq.

79 kq – Cəbrayıl Hacıyev Alfred Daniellə (Syerra-Leone) güləşəcək

86 kq – Arseni Cioyev ikinci dövrədən başlayacaq

92 kq – Osman Nurməhəmmədov da startda sərbəstdir

97 kq – Məhəmmədxan Məhəmmədov Viki Viki ilə döyüşəcək (Hindistan)

125 kq – Giorgi Meşvildişvili turnirə ikinci dövrədən başlayacaq

Sərbəst güləş yarışlarının ilk günündə 61, 70, 86 və 125 kq, ikinci günündə 57, 74, 79 və 92 kq, finalın üçüncü günündə isə 65 və 97 kq çəki dərəcələrində güləşçilər döşək üzərinə çıxacaq.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
53
1
icma.az

2Mənbələr