AZ

Paris məscidlərində donuz başı peyda olub

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Parisdə məscidlərə donuz başı atılması bəlkə də "Rusiya xüsusi xidmət orqanlarının işidir", bunu Fransa polisi bildirib.

Parisin mərkəzində doqquz məsciddə donuz başının tapılması qəzəb və müzakirələrə yol açıb.

Məlumata görə bu işi görən şəxlər Serbiyada qeydiyyatdan keçmiş maşın sürüblər, Xorvatiya nömrəli telefondan istifadə ediblər və bir neçə saat ərzində Belçikaya keçməyi bacarıblar.

Hadisəni araşdıran polis mediaya bildirib ki, onlara bir fermer müraciət edib və deyib ki, Serbiya nömrəli maşın sürən iki kişiyə donuz başı satıb.

Frnasanın BFM TV kanalının yaydığı videoda maskalı və papaqlı bir kişinin məscidin yanına donuz başı qoyduğu görünür.

Fransa kəşfiyyatı hesab edir ki, Rusiya və İran "çirkli əməllərdən istifadə edərək" Fransada ixtilaflar yarada bilərlər.

Videoya YouTube kanalımızda baxın.

Seçilən
10
bbc.com

1Mənbələr