Burkina Faso hakimiyyəti yeni qərarla bütün Afrika ölkələrinin vətəndaşları üçün viza rüsumlarını ləğv edib.
News365.az xəbər verir ki, bu addımın əsas məqsədi qitədaxili səyahətləri asanlaşdırmaq, iqtisadi və turizm əlaqələrini gücləndirməkdir.
Qərar həmçinin Burkina Fasonun beynəlxalq səyahətçilər üçün daha əlçatan və cəlbedici məkana çevrilməsinə xidmət edəcək.