AZ

Ağstafada payız-qış mövsümünə hazırlığın vəziyyəti müzakirə olunub

Ağstafa Rayon İcra Hakimiyyəti başçısı yanında keçirilən Şuranın növbəti iclasında Şura üzvləri, aidiyyəti üzrə məsul şəxslər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Seymur Orucov giriş nitqində Prezident İlham Əliyevin ölkəmizin tərəqqisi, xalqımızın firəvanlığı naminə yürütdüyü daxili və xarici siyasətdən, eləcə də Ağstafa rayonunda icra olunan genişmiqyaslı abadlıq-quruculuq işlərindən, sosial infrastruktur layihələrdən bəhs edib. Sonra gündəlikdə duran məsələləri səsləndirib, payız-qış mövsümünün tədbirlər planına uyğun olaraq problemsiz başa çatdırılması üçün bütün zəruri işlərin vaxtında icra edilməsinin vacibliyini diqqətə çatdırıb.
RİH başçısı Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Milli mətbuatının 150 illik yubileyi münasibətilə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilən “Ağstafa” qəzetinin Baş redaktoru İbrahim Əliyevə ali mükafata layiq görüldüyünə görə ağstafalılar adından təşəkkürnamə təqdim edib.
Daha sonra söz məruzəçilərə verilib. Müvafiq olaraq rayonun qışa hazırlığının vəziyyəti barədə Başçının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lalə Eyyubova, Ağstafa Elektrik Şəbəkəsinin rəisi Namaz Mənsumov, Şəmkir Regional Qaz İstismar İdarəsinin Ağstafa rayon Xidmət Sahəsi üzrə rəis müavini Anar Qocayev, yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən rayonda yanğın təhlükəsizliyi qaydalarına əməl olunması və aqrar sahədə, xüsusi ilə taxıl sahələrinin yanğın təhlükəsindən qorunması ilə bağlı maarifləndirmə işlərinin aparılması barədə Gəncə RDYNİ-nin Dövlət yanğın nəzarəti şöbəsinin inspektoru Xaliq Omarov, rayonda epizotik vəziyyət, heyvandarlıq sahəsində vaksinasiya və zoobaytar tədbirlərin həyata keçirilməsi istiqamətində görülən işlərə dair Ağstafa Rayon Heyvan Sağlamlığı Baytarlıq Xidmətləri İdarəsinin rəisi Şəfayət Bağırov geniş məruzələrlə çıxış ediblər.
RİH başçısı avtomobil yollarındakı su ötürücü boruların giriş-çıxışlarının, körpülər yerləşən sahədə çayların məcrasının təmizlənməsinə, yollarda sürüşkənliklərin ləğv edilməsi üçün duz və qum materialı ehtiyatının görülməsi, o cümlədən Ağstafa şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyi üzrə çoxmənzilli yaşayış binalarının tüstü və havalandırıcı şaxtalarında zəruri təmizlənməsi işlərinin aparılması, Rayon Mərkəzi Xəstəxanasının əsas korpusu və digər binalarına, rayonun ümumtəhsil müəssisələrinin və digər bu kimi vacib kateqoriyalı binaların isidilməsini təmin edən qazanxanaların saz vəziyyətə gətirilməsinə dair vacib tapşırıq və tövsiyələrini verib.
Müzakirə olunan məsələlə dair Şuranın müvafiq qərarları qəbul olunub.

image-img-20250912-wa0086 image-img-20250912-wa0087 image-img-20250912-wa0088 image-img-20250912-wa0093 image-img-20250912-wa0095 image-img-20250912-wa0096

Seçilən
4
2
veteninfo.az

3Mənbələr