AZ

NATO Polşadakı insidentə cavab olaraq əməliyyata başlayıb - Rutte

NATO-nun baş katibi Mark Rutte Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib ki, Şimali Atlantika Alyansı şərq cinahda müdafiə mövqelərini gücləndirmək üçün “Şərq mühafizəçisi” əməliyyatına başlayır. Onun sözlərinə görə, qərar bu yaxınlarda pilotsuz uçuş aparatlarının Polşanın hava məkanını pozması ilə bağlı insidentdən sonra verilib.

Qaziler.az xəbər verir ki, Mark Ruttenin çıxışı ANI News “YouTube” kanalında yayımlanıb.

“Bu gün NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı, general Aleksus Qrinkeviç və mən şərq cinahda mövqelərimizi möhkəmləndirmək üçün “Şərq mühafizəçisi” əməliyyatının başlandığını elan etmək üçün buradayıq”, - Rutte deyib.

Qeyd olunur ki, əməliyyatda Danimarka, Fransa, Böyük Britaniya və Almaniyadan hərbi kontingent iştirak edəcək. Tədbirlər Alyansın birliyini və şərq sərhədlərini qorumaq əzmini nümayiş etdirmək məqsədi daşıyır.

QAZİLER.AZ

Seçilən
1
qaziler.az

1Mənbələr