AZ

Rusiyalı futbolçu Türkiyə klubunda

Rusiyalı hücumçu German Onuqa Danimarka “Kopenhagen”indən Türkiyənin “Kayserispor” klubuna keçib.

Publika.az xəbər verir ki, 29 yaşlı forvard yeni komandası ilə 2 illik müqavilə imzalayıb.

“Futbolçumuza şərəfli formamızda uğurlar arzulayırıq”, – klubun mətbuat xidməti sosial mediada açıqlamasında bildirib.

Onuqa peşəkar futbolçu karyerası ərzində “Penza Zenit”, “Volqar”, “Tambov”, “Krasnodar”, “Krılya Sovetov”, İsrailin “Bney Sakhnin”, Danimarkanın “Kopenhagen” və “Veyle” klublarında çıxış edib.

Seçilən
7
publika.az

1Mənbələr