AZ

Məşhur güləşçi federasiyada vəzifəyə təyin edildi

Azərbaycanın Yunan-roma güləşçisi Rafiq Hüseynov idmançı karyerasını başa vurub.                                                                                                        

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının mətbuat xidməti məlumat yayıb. Rafiq Hüseynov bundan sonra federasiyada yunan-Roma güləşi üzrə koordinatoru vəzifəsini yerinə yetirəcək.

Qeyd edək ki, R.Hüseynov Tokio Olimpiadasının bürünc medalçısı, 2 qat dünya və 3 qat Avropa çempionu, İslam Həmrəyliyi Oyunlarının qalibi və Avropa Oyunlarının gümüş medalçısıdır.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
15
bizim.media

1Mənbələr