ABŞ Prezidenti Donald Tramp Kremlin Ukrayna ilə sülh danışıqlarında “fasilə" elan etməsindən sonra Rusiya Prezidenti Vladimir Putinə səbrinin tükəndiyini bildirib.
News24.az xəbər verir ki, "Fox News"a açıqlamasında Tramp kompromis görmək istədiyini vurğulayıb.
Tramp qeyd edib ki, Rusiya və Ukrayna rəhbərlərinin görüş məsələsində razılaşa bilməməsi vəziyyəti daha da çətinləşdirib:
“Putin görüşmək istəyəndə Zelenski istəmədi. Zelenski görüşmək istəyəndə Putin imtina etdi. İndi Zelenski istəyir, amma Putin tərəfi sual altındadır.
Aqil