Baku.ws portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Bakıda son aylarda sürətlə aparılan söküntü işləri həm şəhərin mənzərəsini dəyişir, həm də əhalinin gündəlik həyatına təsir göstərir.
BAKU.WS-in məlumatına görə, xüsusilə daşınmaz əmlak bazarı və kirayə qiymətlərində müşahidə olunan dəyişikliklər diqqət çəkir.
Söküntü işlərinin intensivləşməsi bazarda qiymətlərə necə təsir göstərəcək?
Əmlak məsələri üzrə ekspert Aqil Tağıyev BAKU.WS-ə bildirib ki, söküntü prosesi mənzil bazarına iki istiqamətdə təsir göstərə bilər:
"Qısa müddətli artım – kompensasiya alan ailələrin yeni mənzil axtarışı tələbi artıracaq. Bu, xüsusilə mərkəzi rayonlarda və orta zonada qiymətlərin qalxmasına səbəb ola bilər.
Orta müddətli sabitləşmə – yeni tikililərin istifadəyə verilməsi bazarda təklifi artıracaq. Nəticədə qiymətlər ilkin olaraq sabitləşmə meyli göstərsə də, müəyyən müddətdən sonra yenidən artım ola bilər.
Nəticə olaraq qeyd edə bilərik ki, əhaliyə veriləcək kompensasiya yalnız köhnə evin kvadratına görə deyil, yeni mənzil bazarının real qiymətlərinə uyğun hesablanmalıdır. Əks halda vətəndaşlar eyni şəraitdə mənzil ala bilməyəcək. Bazar baxımından isə söküntülər ilk mərhələdə qiymətləri artıracaq, qısamüddətli sabitləşmə müşahidə edəcəyik, daha sonra yenidən cüzi qiymət artımı baş verəcək".
Orxan Hüseyn
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.