Fanat portalından alınan məlumata görə, ain.az xəbər verir.
Futbol üzrə Azərbaycan 1-ci Liqasının ilk turu çərçivəsində bu gün "Şimal"ı qəbul edən "Şəfa" Xaçmaz komandasını 2 cavabsız qolla yenərək çempionata inamlı qələbə ilə başladı. Bakı təmsilçisinin baş məşqçisi Elgiz Kərəmli ilə əlaqə saxlayıb oyunu dəyərləndirməsini xahiş etdik.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"İlk oyunlar həmişə gərgin keçir. Rəqib də çox kompakt oynadığı üçün hücumda bəzən cətinlik çəkirdik. Həm də hava durumu əlverişsiz idi. Buna baxmayaraq, xeyli sayda qol epizodu yaratdığımıza görə futbolçulara alqış düsür. Onların hər birinə təşəkkür edirəm. Sabahdan etibarən qarşıdakı oyuna hazırlaşacağıq".
Nihat
Abunə Ol
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.