Unikal.az saytına istinadən ain.az xəbər verir.
Prezident Ram Çandra Paudel keçmiş Ali Məhkəmənin sədri Suşila Karkini müvəqqəti hökumətə rəhbər təyin edib.
"Unikal" xəbər verir ki, bu barədə "Himalayan Times" məlumat yayıb.
Prezidentin mətbuat katibi Kiran Pokhrelin sözlərinə görə, qərar prezident administrasiyasında aparılan məsləhətləşmələrdən sonra qəbul olunub və parlamentin buraxılması, partiyasız idarəetmənin yaradılması ilə bağlı tələbləri irəli sürən nümayişçilərin əsas çağırışına cavab verir.
Bu, Nepalda yeni konstitusiyanın qəbulundan bəri ilk dəfədir ki, baş nazir 61-ci maddəyə uyğun olaraq təyin edilir. Həmin maddə prezidentə dövlət başçısı qismində çıxış etməyə və konstitusiya ilə yanaşı federal qanunvericiliyə əsasən səlahiyyətlərini icra etməyə imkan verir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.