Idman.biz saytından verilən məlumata görə, ain.az xəbər verir.
Latviyada "Arena Riqa"da "EuroBasket 2025"in ilk yarımfinal matçı keçirilib.
İdman.biz xəbər verir ki, qarşılaşmada Almaniya millisi Finlandiyanı 98:86 hesabı ilə məğlub edib.
Almaniyanın ən məhsuldar oyunçusu 26 xal, 12 məhsuldar ötürmə və 5 ribaundla "Sacramento Kinqs"in müdafiəçisi Dennis Şröder olub. Frans Vaqner (22 xal) və İsaak Bonqa (10) da qələbəyə mühüm töhfə veriblər.
Bu qələbə sayəsində Almaniya qitə birinciliyinin finalına yüksəlib. Orada almanlar Türkiyə-Yunanıstan görüşünün qalibi ilə oynayacaqlar.
İdman.biz
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.