AZ

"Barama" bağçasında müəllimə uşağa şiddət göstərib?VİDEO

Bakı sakini Nəsimi rayonundakı "Barama" uşaq bağçasının "Memar Əcəmi" filialında övladına qarşı şiddət göstərildiyini iddia edir.

Xezerxeber.az-ın məlumatına görə, 5 yaşlı Alihanın anası Aysel Qeybimokarrami deyir ki, övladı ötən ilin dekabr ayından "Barama" adlı bağçaya gedir.  

Valideyn iddia edir ki, bugünlərdə müəlliməsi ona uşaq üzü üstə yatdığından boğazında cızıqlar yarandığını deyib. Bundan narahat olan ana ertəsi gün bağçanın kamera görüntülərini tələb edib. Görüntüləri valideynlər və bağça rəhbərliyi birgə izləyiblər.

Hadisədən dərhal sonra bağça rəhbərliyi valideynə videogörüntüdə uşağa qarşı kobud rəftar edən Fatimə adlı müəllimənin qeydiyyatlı işçi olmadığını, onun müvəqqəti staj mərhələsi keçdiyini və artıq müəssisədən uzaqlaşdırıldığını deyib.

Uşağın valideyni baş vermiş hadisə bağlı Nəsimi rayon polis idarəsinə müraciət edib.

Məsələ ilə bağlı "Barama" uşaq bağçasına sorğu ünvanladıq. Bağçadan bildirildi ki, müəssisə rəhbəri bununla bağlı heç bir açıqlama verməyəcək.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı Cəsarət Qənbərli isə bildirdi ki, daxil olan məlumat əsasında təhqiqat qrupu adıçəkilən bağçada olub. Videogörüntülərə baxılaraq hadisə şahidlərinin, eləcə də digər şəxslərin izahatları alınıb. Toplanmış materiallar üzrə azyaşlının dayə tərəfindən döyülmədiyi müəyyən edilib. Həmçinin o da məlum olub ki, azyaşlının boğaz nahiyəsindəki xəsarətin izi digər həmyaşıdı ilə mübahisə edərkən baş verib. Dayə azyaşlılar arasında olan mübahisəni gördükdə isə onları ayırmağa çalışıb. İddialar üzrə aparılan araşdırmanın nəticəsində dayənin azyaşlıya qarşı fiziki zor tətbiq etməsi halı təsdiqini tapmayıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
4
xezerxeber.az

1Mənbələr