Fanat saytından verilən məlumata görə, ain.az xəbər verir.
Azərbaycan 1-ci Liqasında açılış turunun oyunları davam edir.
Fanat.Az xəbər verir ki, tur çərçivəsində bu gün daha 2 oyun keçirilib.
Çempionatın favoritləri mövsümə inamlı qalibiyyətlə başlayıblar. "Şəfa" bu il 1-ci Liqaya yüksələn digər kollektivi - "Şimal"ı 2 cavabsız qolla məğlub edib.
Ötən mövsümün sonunda Premyer Liqada sonuncu yeri tutaraq aşağı dəstəyə yuvarlanan "Səbail" isə Ramiz Məmmədovlu "Mingəçevir"dən üstün olub.
Azərbaycan 1-ci Liqası
1-ci tur
12 sentyabr
“Şəfa” – “Şimal” 2:0
Qollar: Emin Zamanov, 23-pen. Elnur Cəfərov, 51.
Qolla nəticələnməyən penalti: Emin Zamanov, 35.
“Səbail” – “Mingəçevir” 2:0
Qollar: Afonso Almeyda, 36. Emil Qasımov, 61.
Qeyd edək ki, tura sabah keçiriləcək bir oyunla yekun vurulacaq:
13 sentyabr
16:30. “Baku Sportinq” – “Difai”
Abunə Ol
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.